Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, tanınmış aktyor Qurban Məsimov “ARB Günəş” in “Mən məktəbli ikən” verilişində qonaq olub.

Tanınmış aktyor məktəb illəri ilə bağlı xatirələrini bölüşərkən Şəkiyə gedəndə təhsil aldığı məktəbə mütləq baş çəkdiyini deyib:

“Oraya gedərkən sanki yaşadığım anları bir daha yaşamaq istəyirəm. Artistlik məndə məktəb vaxtlarından başlayıb. Məktəbdə KVN yarışmalarında öndə idim. Tez-tez sinif yoldaşlarım üçün foks nömrələri göstərirdim. Səhnəyə çıxmazdan əvvəl şagird yoldaşlarımın cibinə girib onların pullarını, qələmlərini, döş nişanlarını götürürdüm. Bilirdim ki, hamı yığışıb məni izləyəcək. Səhnədə bu əşyaları onlara göstərəndə hamı təəccüblənirdi ki, görəsən Qurban bunu bizim cibimizdən necə çıxarır? Sonra uşaqların məktəbdə nəyisə itəndə hamı məndən şübhələnirdi, buna görə də bu əməlimdən çəkindim”.

“Mən məktəbli ikən” verilişi hər həftənin şənbə günü saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ