VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev layihə rəhbəri və aparıcısı olduğu "BizimləSən" verilişini bağlamaq istəyir.


BAKU.WS-in məlumatına görə, aparıcı bu haqda ötən gün canlı efirdə danışıb. 

Proqrama qatılan insanların yaşadıqlarından, həyat tərzindən təsirlənən Z. Baxşəliyev bunları deyib:

"Mayın axırı gəlsin, bu proqramı bitirəcəyəm. Vallah, doğru söyləyirəm. Həqiqətən çox əziyyət çəkirəm. Məhv oluram. Bütün bunların hamısını içimdən keçirirəm. Öldüm, bitdim burada. Tam səmimi deyirəm. Mən bu dəqiqə elə bir durumdayam ki... Bayaq da təzyiqim oynadı. Hamısı çox pis təsir edir".

BAKU.WS