SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Los-Anceles şəhərində ABŞ kinoakademiyasının 91-ci “Oskar” mükafatlandırma mərasimi keçirilib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, baş tutan tədbirdə “İlin ən yaxşı filmi” nominasiyasında “Yaşıl kitab” tragikomediyası qalib gəlib.

“Ən yaxşı rejissor” “Roma” filminə görə Alfonso Suaron, “Ən yaxşı qadın aktrisa” “Sevimli” filmindəki roluna görə Olivia Kolman, “Ən yaxşı kişi aktyor” isə “Bohemian Rhapsody” filminə görə Rami Malek seçilib.

“Ən yaxşı ikinci dərəcəli aktrisa” Recina Kinq, “Ən yaxşı ikincidərəcəli aktyor” Maherşala Ali, “Ən yaxşı film mahnısı” “Ulduzun doğuluşu” filmindəki Ledi Qaqanın ifası “Shallow”dur. “Ən yaxşı film musiqisi” isə “Qara Bəbir” filminin musiqisi seçilib. “Xarici dildə ən yaxşı film” nominasiyasının qalibi isə “Roma” olub.

BAKU.WS