SİZİN REKLAM BURADA!
055 213 76 73



Afət Fərmanqızına dəyəri 12 min manatlıq olduğu deyilən ürək şəklində nəhəng qızılgül dəstəri hədiyyə edilib.

BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, son günlərdə dahi şair və filosof Nəsiminin qəzəlinə oxuduğu mahnı ilə gündəmdən düşməyən müğənni üçün 2111 qızılgüldən ibarət böyük gül dəstəsi hazırlanıb. O, gül dəstəsinin görüntülərini sosial şəbəkədə paylaşaraq 12 min manata başa gəldiyini qeyd edib.

Xatırladaq ki, Afət Fərmanqızına bu yaxınlarda Tarix Əliyevin (Tolik) “Hər şey daxil” verilişində qızılgül və almalardan hazırlanan gül təqdim olunmuşdu.

Qeyd edək ki, instaqramda tez-tez bahalı gül dəstələrinin fotolarını yayan müğənni bu paylaşımları ilə diqqət çəkir.

BAKU.WS