SİZİN REKLAM BURADA!
055 213 76 73



Prodüser və aparıcı Tolik müğənni Damlanın adı ilə yayılan intim videodan danışıb.

BAKU.WS  xəbər verir ki, o, sosial şəbəkədə müdafiə xarakterli paylaşım edib.

Tolik sözügedən videonu yayanları və müzakirə edənləri qınayıb:  

Mən hərdən düşünürəm, niyə hər kəs öz hayatı ilə maraqlanmır? Mən aparıcı olduğum ücün bəzən müğənillər haqqında öz subyektiv və araşdırılmış fikirlərimi bildirib bəzi məqamlara toxunuram. Amma bu nədir? İndi yenə təzə mövzu tapıblar, Damlanin videosu çıxıb?

Bax, lap çıxıb, sizə nə? Qadın kiminlə intim əlaqədə olmalıdır? Kişi ilə? Deməli, burada anormal heç nə yoxdur!

Amma videoda bəllidir ki, Damlaya oxşamır. Guya oxşasa nə olacaq? Gedin işinizlə məşğul olun, vallah ayıbdır. Damlanın oğlu məktəbə gedir, "İnstagram"ı var, sabah görüb niyə utanmalıdır? Həm də olmayan bir şeyə görə.

Allahdan qorxmayan bəzi nakişilər yalnız qadınları belə yolla biabır etmək istəyər. Əslində, o qədər pis əmələri olub, utanmadan gündəmdə olanlar qalıb bir kənara, indi düşüblər yazıq Damlanın üstünə".

Qeyd edək ki, məsələ ilə bağlı müğənninin meneceri Əfruzə Ağayeva mətbuata açıqlamasında sözügedən kadrlardakı qadının Damla olmadığını bildirib.

Zülfiyyə Qurbanova
BAKU.WS