SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev Fondunun Vitse prezidenti, İDEA ictimai birliyinin yaradıcısı, ictimai xadim Leyla xanım Əliyevaya məxsus "Malites" ( Молитесь - Dua edin ) adlı şeirinə mahnı yazılıb.

BAKU.WS  xəbər verir ki, eyniadlı mahnını opera ifaçısı Ülvi Qılıncla bəstəkar-müğənni Cavanşir Babəlioğlu duet oxuyub.

Mahnının musiqisini C.Babəlioğlu özü yazıb. O, Leyla xanımın şeirindən təsirlənərək musiqi yazdığını deyir:  

"2017 - cı ilin 30 iyununda Leyla xanımın eyniadlı şerindən təsirlənərək yazmağa başladığım mahnını tam bir həftə ərzində tamamladım. Bu il İstanbuldan Bakıya qayıtdığımda isə dostum Ülviyə dinlətdirdim və o da mahnını çox sevdiyi üçün duet oxumaq qərarına gəldik. Bu işdə əməyi keçən hər kəsə, ələxüsus da Rəhman Əliyevə təşəkkürlərimi bildirirəm.

Əlbəttə, ilk növbədə belə gözəl sözlər üçün Leyla xanım Əliyeva sonsuz təşəkkürlərimi bildirirəm, çünki belə ilahi eşqlə yazılmış gözəl sözlər olmasaydı belə bir əsər dünyaya gəlməzdi.

Dinləyicilər mahnını artıq YouTube-da dinləyə bilər:

BAKU.WS