SİZİN REKLAM BURADA!
055 213 76 73



Aktrisa Sonaxanım Əliyeva ATV-də yayımlanan "Buğlama" layihəsindəki obrazı haqda danışıb.


BAKU.WS-ə açıqlama verən aktrisa bunları deyib:

"Obrazım Mariya xanım - ev yiyəsidir. Milliyətcə rusdur. Burada yaşadığı üçün yarı Azərbaycan, yarı rus dilində danışır. Senariyə görə, yeni evimi təmir etdirirəm. Ustalar isə pulumu alıb evimi təmir etmirlər. Əslində, onlar heç usta da deyillər. Hər dəfə müxtəlif bəhalərlə məni aldadırlar. Bir sözlə, başıma oyun açırlar".

S. Əliyeva belə halların real həyatda da baş verdiyini qeyd edib:

"Təbii ki, bu cür hadisələr real həyatda da olur. Çoxu mənə yazır ki, biz də belə ustalarla rastlaşmışıq".

BAKU.WS