SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Nüşabə Ələsgərli bir müddət öncə müğənni Afət Fərmanqızı ilə yaşadığı qalmaqalla bağlı açıqlama verib.


BAKU.WS xəbər verir ki, o, ATV-də yayımlanan “Ən yaxşısı” proqramında qalmaqal yaşadığına görə qınanıldığını deyib:

"Mən o səviyyənin adamı deyiləm. Çevrəm mənə deyir ki, ayıbdır, öz səviyyəni aşağı salma. Eybi yoxdur, bu, məni yandırırsa, yanaram, gedib su da içərəm. Ancaq daha imkan verməyəcəm ki, kimsə adımdan istifadə etsin”.

Qeyd edək ki, N. Ələsgərli Nəsiminin “Sığmazam” qəzəlinə mahnı oxuyan və tənqidlərə məruz qalan A. Fərmanqızına iradını bildirib.  O, ifaçının düzgün yolda olmadığını söyləyib. Buna əsəbiləşən Afət əməkdar artistə sərt cavab verib. 

BAKU.WS