SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Röya Ayxanın başına Türkiyədə iş gəlib.


BAKU.WS xəbər verir ki, müğənni bu haqda "Instagram" hesabında məlumat verib.

R. Ayxan İstanbuldakı evini təmizləmək üçün xadimə çağırdığını, həmin xanımın isə müğənni olmaq aruzusunda olduğunu qeyd edib: 

“Adətən, evim balaca olduğu üçün özüm təmizləyirəm. Amma bu dəfə dedim ki, bir xanım gəlsin, kömək etsin. O, evə gələnədək artıq 3 otağı təmizləmişdim. Özbəkistanlı qadın idi. Biləndən sonra müğənniyəm, başladı ki, mən də konservatoriya bitirmişəm, ifaçı olmaq istəyirdim. Ona dedim ki, ay xanım, ürəyiniz kim istəyir olun, arzularınızın ardınca gedin. Elə bu sözü deyəndən sonra qadın əlindəki yataq dəstini yerə atdı, Dedi ki, siz düz deyirsiniz, bu gündən sənətin daşını atıram, müğənni olacağam. Təmizlik əşyalarını, tozsoranı hər şeyi ortada qoyub, çıxıb getdi. Özü də pulunu artıqlaması ilə əvvəlcədən ödəmişdim”. 

BAKU.WS