SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Yusif Mustafayev 2 ay əvvəl dünyasını dəyişən anasından bəhs edib.

BAKU.WS
  axşam.az-a istinadən xəbər verir ki, müğənni "5/5" verilişində anası öz sağlamlığının qayğısına qalmadığı üçün vəfat edib:

"İnsanın özünə Əzrail olmağını anamda gördüm. O, dünyadan köçməsinə özü vasitəçi oldu. Bilirdi ki, təzyiqi var. Gedirdi kəndə, 2 gün qalırdı. Gəlib 10 gün müalicə alırdı. Bilirdi ki, avtomobilə minmək, uzun yol getmək olmaz.

Ana dünyasını dəyişəndə həyat alt-üst olur. Özümüz də çaşıb qalmışıq. Atam elə vəziyyətdədir ki... 85 yaşı var. Atam bütün günü deyir ki, haradadır? Atam diriykən dünyasını dəyişib, qabağında dura bilmirik. Ona demişik ki, anam kənddədir gələcək".

Y.Mustafayev anasının ölüm anını telefonla çəkdiyini bildirib:

"Anamın xəstəxanada olduğunu eşitdim, qaçıb gəldim. Anamın ölüm anını telefonla çəkdim. Onun hamısını yadigar saxlamışam. Rəhmətə getməzdən 10 dəqiqə əvvəl bütün uşaqlarına halallıq verdi".

BAKU.WS