SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-də yayımlanan "Bu qədər" verilişinin budəfəki buraxılışı mərhum sənətkar, Xalq artisti Kamil Vəzirovun xatirəsinə həsr olunub.


BAKU.WS xəbər verir ki, verilişdə sənətkarın ailə üzvləri, sənət dostları onunla bağlı xatirələrini danışıblar.

Sənətkarın qızı Aytac Həsənova bildirib ki, atası heç vaxt səhhətindən şikayətçi olmayıb:

"Səhhəti ilə bağlı heç vaxt şikayət etmirdi. Heç vaxt demirdi ki, mən xəstəyəm, ya da mənə nəsə olub. Birdən oldu. "Pristup" tutdu. Onun üçün təcili yardım çağırdım. O heç istəmirdi. Həmin anda da deyirdi ki, mən çox yaxşıyam".

Sənətkarın həyat yoldaşı Lətifə Vəzirova isə göz yaşları içində bunları deyib:


"Mənim yanımda can verməyə qorxurdu. O bilirdi ki, mən onu ölməyə qoymaram. Qızının yanında qalırdı. Ona demişdi ki, ananı yanıma qoyma".

BAKU.WS