SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası,
 Xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşib. 

BAKU.WS-in məlumatına görə, aktrisa bu haqda özü xəbər yayıb.

N. Allahverdiyeva "Instagram" hesabında paylaşdığı videoda bildirib ki, vurdurduğu iynədən şoka düşüb:

"Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".

BAKU.WS