SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə şəhər restoranlarının birində doğum gününü qeyd edib. 


BAKU.WS-in məlumatına görə, tədbirdə yadda qalan məqamlardan biri müğənni Xatirə İslamın canlı ifasını dinləyən Nadir Qafarzadənin ağlaması olub. 

Sözügedən görüntüləri "Instagram" hesabında paylaşan X. İslam bu sözləri yazıb:

"Əsl musiqini bu cür dərindən, içdən anlamaq üçün insan sənəti görün nə qədər sevməlidir? İnsan bu qədərmi musiqiyə həssas olar? Nadir Qafarzadə həm böyük ürəkli adam, həm böyük insan - bu iki söz birlikdə sənətkar deməkdir. Allahdan arzu edirəm ki, bizim səsimiz, sənətimiz, ifalarımız xalqımız tərəfindən həmişə belə sevilsin, qarşılansın. Bunun isə adı xalqın artistləridir". 

BAKU.WS