SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə “Adnan Hoca” adı ilə tanınan, özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktarın “kedici”yi Beril Koncagül şok açıqlamalarla gündəmə gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən ilin ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktarla birgə tutulan Beril Koncagül sonradan tutduğu əməllərdən peşman olub. O, bildirib ki, A.Oktara 9 il ərzində məcburi olaraq xidmət edib.

B. Koncagülün sözlərinə görə, A.Oktar onu 9 il kölə kimi istismar edib. Kölə əsarətində olduğunu deyən B. Koncagül həbsxananı azadlıq hesab etdiyini gizlətməyib.

“Həbsxana mənim üçün həqiqətən də azadlıq oldu. Çünki mən 9 il ərzində görmədiyim zülm qalmadı. A.Oktara robot kimi xidmət edirdim. Hər gün məni zorlayırdılar.


Xidmətdə qüsur etdikdə isə məni vəhşi kimi döyürdülər. 5 dəfə həbsxanadan qaçmaq istəsəm də, hər dəfə məni tutdular”, - deyə B. Koncagül bildirib.

“Kedicik” deyib ki, A.Oktar həbsxanadan çıxmaq üçün hər şey edə bilər:

“O, çox təhlükəlidir. Həbsxanadan çıxmaq üçün bütün yollara əl ata bilər. Onu azadlığa buraxmaq olmaz”.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyədə keçirilən terror əməliyyatı zamanı Adnan Oktar və 235 tərəfdarı həbs edilib.

Cavid Babayev
BAKU.WS