VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin "Bu qədər" proqramında növbəti buraxılışı xərçəng xəstəliyindən dünyasını dəyişən mərhum teleaparıcı Ceyran Nərimana həsr edilib.

BAKU.WS
 xəbər verir ki, aparıcının dostları və əzizləri onunla bağlı xatirələrini danışıb:

Teleaparıcının bacısı Səkinə anasının hələ də Ceyranın ölümündən xəbərsiz olduğunu açıqlayıb: "Sinəsində şiş əmələ gəlmişdi. Həkim bizə dedi ki, əməliyyat olunmalıdır. Bilmirdik bunu Ceyrana necə deyək. Əməliyyat olunmaq istəmirdi. Güclə razı saldıq. Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir".

Digər bacısı Sevil Əzimova Ceyran haqqında bunları deyib: "Qeyri-adi qız idi. Saf, pak idi, paxıllığı, kini yox idi. Əməliyya olunmaq istəmirdi, bircə anama görə razılaşdı. Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, heç vaxt evlənməyəcək. Anam onun xəstəyilini bilmədi. Kimyaterapiya müalicəsində saçları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı. Bir dəfə anamın yanında başını açdı, anam onun keçəl olduğunu gördü. Soruşdu ki, Ceyran bu nədir? O da anama dedi ki, tamaşadakı roluma görə saçını qırxmışam. Anam da inandı. Çoxdan idi təntənəli ad günü etmirdi. Mənə dedi ki, istəyirəm ad günü edəm, hiss edirəm ki, sonuncu ad günümdür. Ana mahnısı oxundu. Başını anamın dizlərinə qoydu. Elə bil ki, sağollaşırdı. Yanvarın 4-ü günorta saatları idi. Özü uzandı, bir nöqtəyə baxdı və can verməyə başladı".

Ceyranın anası Mirxanım Əzimova qızının nə vaxtsa geri qayıdacağına inanır: "Başına dönüm ay Ceyran. Sənin yolunu səbirsizliklə gözləyirəm, ana sənə qurban olsun, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onunçün".

BAKU.WS