VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Roza Zərgərlinin "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasında verdiyi cavablardan biri sosial şəbəkələrdə müzakirəyə səbəb olub. 


BAKU.WS xəbər verir ki, aparıcının "Hansı müğənni burnu girməyən yerə başını soxur?" sualına ifaçı belə cavab verib:

"Var biri. Qoy deməyim. Adı 6 hərflidir, "prosto" özünü 4 sayır".

R. Zərgərlinin bu sözləri hansı müğənniyə ünvanlaması isə bir xeyli müzakirə doğurub. Sosial şəbəkə istifadəçilərinin bir qismi həmin sözləri Röyaləyə (Röya Ayxan), digər qismi isə Aynurəyə (Nura Suri) aid olduğunu bilidiriblər.  

Qeyd edək ki, sözügedən süjetdə Roza Zərgərli Sevil-Sevinc Səfərova bacılarının ünvanına dediyi sözlərlə aralarında olan qalmaqalı yenidən alovlandırıb. 

BAKU.WS