SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Elariz Məmmədoğlu dördüncü dəfə baba olub.

BAKU.WS-in məlumatına görə, hazırda ABŞ-ın Nyu-York şəhərində olan ifaçı sevincini "Instagram" izləyiciləri ilə bölüşüb.

E. Məmmədoğlu bunları deyib:

"Mən çox sevinirəm, çox xoşbəxtəm. Allaha çox şükür. Maşallah. Artıq dördüncü dəfə baba oldum. Özü də Amerikada".

Qeyd edək ki, sənətçinin həyat yoldaşı iki il əvvəl "Greencard" qazanıb. Bir neçə həftə əvvəl Elariz ailəsi ilə birlikdə Amerikaya köçüb. Sənətçinin üç övladı var. Onun oğlu subaydır. Böyük qızı Ülviyyə, ikinci övladı isə Güneldir. Günelin toyu 2014-cü ildə olub. 

BAKU.WS