SİZİN REKLAM BURADA!
055 213 76 73



"100 dollar təklif etdilər siqaret çəkmədim".

BAKU.WS-in məlumatına görə, bu sözləri aparıcı Hacı Nuran Hüseynov ARB TV-nin "Pəncərə" verilişində deyib.

Proqramda siqaretin zərərlərindən danışan aparıcı bildirib ki, heç vaxt pis vərdişlərə meyilli olmayıb. O, uşaqlıqdan nə siqaret çəkdiyini, nə də spirtli içki içdiyini bildirib:

"Şəhər uşaqlarının getdiyi məktəbdə təhsil almışdım. Uşaqlarda siqaretə meyillilik var idi. 6-cı sinifdən bütün hamısı siqaret çəkirdilər. Küçədə çəkib, girirdilər içəri, dəhşətə gəlirdim. Uşaqlar mənə yalvarırdılar ki, dadına bax. Hətta pul da təklif etdilər ki, dadını bil. Nə siqaret çəkdim, nə içki içdim. Nifrət edirdim. Uşaqlıqdan xoşum gəlməyib. Valideynlərimiz də istifadə etməyib.

Xəstəliyim üçün müayinəyə gedəndə həkim soruşdu ki, neçə ildir siqaret çəkirsən? Dedim, heç vaxt istifadə etməmişəm. Bu da müalicəmin müsbət nəticə verməyinə kömək oldu".

BAKU.WS