SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Türkiyənin məşhur aktrisası Fahriye Evcenin halı pisləşib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 aylıq hamilə olan kino və serial ulduzu xəstəxanaya yerləşdirilib.

Onun qripə yoluxduğunu, həkim nəzarətində qalmağı üçün xəstəxanaya aparıldığı məlum olub. Verilən məlumata görə, aktrisanın səhhətində ciddi problem yoxdur, o, müvəqqəti olaraq klinikada nəzarətdə olacaq. 

Pis xəbəri eşidən Burak Özçivit və Fahriye Evcenin fanatları sosial şəbəkə hesablarında yazdıqları şərhlərdə tanınmış aktrisaya dualarını əsirgəməyiblər. 

BAKU.WS