SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur aktrisası Hazal Kaya ailə həyatı qurub. 


BAKU.WS xəbər verir ki, aktrisa 5 ildir birlikdə olduğu aktyor Ali Atayla nikaha girib.

H. Kayanın xoş günündə doğmaları, sənət dostları, eləcə də ona məşhurluq gətirən "Aşk-ı Memnu" serialının kollektivi iştirak edib. 

Onların sırasında Kıvanç Tatlıtuğ, Başak Dizer, Çağatay Ulusoy, Zerrin Tekindor, Erkan Köstendil, Murat Yıldırım, Burak Deniz və başqaları olub.

Xatırladaq ki, cütlüyün nişan və xına mərasimi bir neçə gün əvvəl olub. 

Hazal Kaya tamaşaçılara rol aldığı "Aşk-ı Memnu", "Adını Feriha Koydum", "Bizim Hikaye", Ali Altay isə "7 Numara", "Leyla ile Mecnun", "Ben de Özledim" və s. seriallardan tanışdır. 

Hüseyn Məmmədsalahov

BAKU.WS