SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Abbas Bağırov artıq Gəncədə yaşadığını bildirib.


BAKU.WS xəbər verir ki, müğənni bu barədə “Zaurla Günaydın” verilişində məlumat verib.

A. Bağırov ailəsi ilə birgə Bakıdan uzaqlaşdığını deyib:

“Gəncədə uzun illər yaşamışam, bağçaya, məktəbə orada getmişəm. Ailəvi olaraq Gəncəyə köçmüşəm. İşim olan həftə isə Bakıya gəlirəm. Müəyyən müddət belə olmağını istəyirəm. Bakının tıxacları, bəzi sürücüləri məni əsəbiləşdirir”. 

Qeyd edək ki, Abbas Bağırov 2017-ci ildə evlənib, ötən il isə ata olub.

BAKU.WS