Azərbaycanın Xalq artisti Emin Ağalarov rusiyalı bəstəkar Maksim Fadeyevlə ifa etdiyi "Мой Азербайджан" ("Azərbaycanım") adlı duetə çəkdirdiyi klipi təqdim edib.


BAKU.WS-in məlumatına görə, mahnının musiqisi Maksim Fadeyevə, sözləri isə Maksim Fadeyevə və Olqa Seryabkinaya aiddir.

Xatırladaq ki, Maksim Fadeyev bu günədək Eminin bir çox mahnılarının söz yazarı və bəstəkarı kimi çıxış edib. Bu dəfə isə Emin onu bərabər duet ifa etmək üçün yola gətirib. Mahnı Eminin sonuncu "Неба не боялись" adlı albomuna daxil edilib.

Qeyd edək ki, M. Fadeyev fevralın 16-da Bakıda konsert proqramı ilə çıxış edəcək.

Hüseyn Məmmədsalahov
BAKU.WS





TƏCİLİ KREDİT SİFARİŞLƏRİ