"Maskadan maskaya girmək lazımdır. Maskasız gəzəndə səni yeyə bilərlər".


BAKU.WS-in məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva ARB TV-nin "Şou news" verilişinə açıqlamasında deyib. 

"Sevdiyim müğənnilər var. Aygün Kazımova da sarışındır. Bizi çox vaxt bənzədirlər, əvvəl daha çox idi. Amma oturub düşünmürəm ki, nəsə edim ona bənzəyim. Çoxları məni tanımadı. Ədalət Şükürov məni görən kimi dedi, sən nə gündəsən?.

Çoxdan istəyirdim dəyişiklik edim. Tam rənglə razı deyiləm. Amma bundan sonra başqa obrazda gələcəm".

Fatimə son günlər şairə Nazilə Səfərli ilə tez-tez bir araya gəlməsinin səbəbini açıqlayıb: 

"Elə alındı ki, eyni məkanda olduq. Bu o demək deyil ki, biz dostuq, ola da bilməz. Biz dost ola bilmərik, mümkün deyil. Nazilə gözəl şairədir, xanımdır, sevənlər də var. Hətta bu yaxınlarda salonuma yenidən gəldi, vaxtilə bəyənməmişdi. Sözümün canı odur ki, mən kiminləsə dost ola bilmərəm".

BAKU.WS