VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyalı müğənni Ani Lorakla türkiyəli biznesmen Murat Nalçaçıoğlu rəsmi şəkildə ayrılıblar.

BAKU.WS "Комсомольская правда"ya istinadən xəbər verir ki, Kiyevin Şevçenko rayon məhkəməsi 31 yanvar tarixli iclasında Ani Lorakla Murat Nalçaçıoğlunun 10 illik evliyiyinə son qoyub. Məhkəmə iclasında nə müğənni, nə də biznesmen iştirak etməyib.


İclas qapalı şəkildə keçirilib və 5 dəqiqədən çox çəkməyib. Görüşdə yalnız boşanma məsələsi müzakirə edilib. Cütlüyün 7 yaşlı qızı Sofiyanın valideynlik hüququ və əmlak bölünməsi məsələlərinin müzakirəsi isə növbəti prosesdə həll olunacaq. A. Lorakın Kiyevdə və Moskvada mənzilləri, Muratın isə Ukraynda bir neçə klub və restoranları var.

Qeyd edək ki, boşanmaya səbəb Ani Lorak Bakıda “Jara” festivalında olarkən əri Muratın onu "Instagram" vasitəsilə satış edərək məşhurlaşan Yana Belyayeva ilə karaokedə əylənərkən yayılan görüntüləri səbəb olmuşdu.



Xatırladaq ki, müğənni gələcək həyat yoldaşı ilə 2005-ci ildə Türkiyədə istirahət edərkən tanış olmuşdu. Murat Nalçaçıoğlu ilə Ali Lorakın toyu 2009-cu il avqustun 15-də baş tutmuşdu. Cütlük həm Ukraynada, həm də Türkiyə toy etmişdi. Cütlüyün 2011-ci ildə Sofiya adlı qız övladı dünyaya gəlib.

Hüseyn Məmmədsalahov
BAKU.WS