Müğənni Xatirə İslamın fevralın 17-si ad günü olacaq. 

BAKU.WS-in məlumatına görə, bir çox sənət dostu ifaçını ötən gündən təbrik etməyə başlayıb. Hətta Xatirə şəhər restoranlarından birində özü üçün ad günü edib. 



Plastik əməliyyatla artıq çəkidən xilas olan Xatirə yeni görünüşü ilə ilk dəfə görüntülənib. Müğənni məclisə qara tül tulum geyinib. X.İslam 12 gündə yetəri qədər çəki atdığını və özünü yaxşı hiss etdiyini söyləyib. İfaçı 9 saat əməliyyat etdirdiyini də bildirib. 

Məclisdə yadda qalan məqamlardan biri isə həyat yoldaşı Fəxrəddin bəyi Xatirə üçün mahnı oxuması olub.   

BAKU.WS




TƏCİLİ KREDİT SİFARİŞLƏRİ