Xalq artisti Aygün Kazımova mükafata layiq görülüb.

BAKU.WS
-in məlumatına görə, Aygün Kazımova Azərbaycan Güləş Federasiyasının fəxri diplomuna layiq görülüb. Mükafatı təqdim edən AGF-nin baş katibi Əjdər Həmidov xalq artistinin Naxçıvanda keçirilən Heydər Əliyev adına beynəlxalq turnirdə iştirakını xüsusilə vurğulayıb.

Fəxri diploma layiq görülən Aygün Kazımova vaxtilə özü də idmançı olduğunu bildirib: "İdman mənim həyatımın ayrılmaz hissəsidir. Bütün layihələrimi təxirə salmağa hazıram. Təki idmançılarımıza dəstək olum”.

BAKU.WS