SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Zamiq Hüseynov fevralın 10-da Heydər Əliyev Sarayında keçirəcəyi solo konsertə ciddi şəkildə hazırlaşır. 


BAKU.WS xəbər verir ki, konsertin təşkili üçün 70-ə yaxın işçi heyəti çalışır.
  
Zamiq onlarla fotoqraf, videoqraf, 16 musiqiçi, 4 bek-vokal,  22 rəqqasın olduğu gecədə  21 mahnını canlı olaraq səsləndirəcək.

Bundan əlavə, ölkənin məşhur səs rejissorları Yaşar Baxış, Bəxtiyar Həsənov və Oleq Naumov da layihədə yer alıb. 

Zamiqin geyimlərini isə tanınmış modelyer Afaq İsmayılzadə hazırlayır.  Səhnə tərtibatı, səs,  işıq texnikası və konsertin təşkilatçılığı “SS Production”a məxsusdur. 

Bu məqamda bildirək ki, musiliqi gecəyə 10 gün qalmasına baxmayaraq bütün biletlər tükənib. 

BAKU.WS