055 213 76 73
Türk telekanallarının izlənmə rekordu qıran məşhur serialı "Çukur"un sonuncu bölümündə Türk teatr və kino aktrisası Ayşen Qruda anılıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın 50-ci hissəsində məşhur aktrisa yad edilib. Serialda kadrların birində divarda aktrisanın şəkili çəkilib. Şəkilə isə "Cennete gidecekmiş iki gözümün çiçeği", - deyə şərh verilib.
Qeyd edək ki, yanvarın 23-də türk teatr və kino aktrisası Ayşen Qruda 74 yaşında dünyasını dəyişib. Bir müddətdir reanimasiyada olan aktrisa vəfat edib.
BAKU.WS