VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz "Twitter"dəki izləyicisinin arzusunu reallaşdırıb.


BAKU.WS-in məlumatına görə, aktyor ötən günlərdə sosial şəbəkədə izləyiciləri ilə söhbət edib. Onlardan biri - "Güzel sanatlar" fakültəsində təhsil alan tələbə C. Yılmazdan "Arif və 216" filmində istifadə olunan pianonu istəyib.

Cem Yılmaz izləyicisinə həmin filmdəki pianonu tapa bilməyəcəyini, lakin başqa bir piano göndərəcəyini deyib. Bir neçə gündən sonra C. Yılmaz söz verdiyi pianonu həmin tələbəyə göndərib və bu haqda "Twitter" hesabında izləyicilərinə məlumat verib. 

İzləyicilərindən biri isə aktyorun paylaşımına "Yaxşılıq etdim, göstərim" şərhini yazıb. Aktyor ona cavabında "Sən də edə bilərsən... Fındıq", - deyə cavab verib. 

Hüseyn Məmmədsalahov
BAKU.WS