VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti, Sumqayıt dövlət Musiqili Dram Teatrının sabiq aktyoru Məzahir Süleymanovun 75 yaşı tamam olur.

BAKU.WS 
xəbər verir ki, 75 yaşlı aktyor aznews.az-a açıqlamasında doğum günü arzularından danışıb:

“Bu gün telefonum susmur. Çoxsayda təbriklər gəlir. Builki kimi məni yada salan olmayıb. Ad günümü evdə ailəmlə qeyd edəcəyəm. Düzü, təmtəraqlı ad günləri keçirməyi sevmirəm. Amma çox istərdim ki, belə bir günümdə məni illərimi səhnəsində keçirdiyim, canla-başla çalışdığım teatr kollektivi, rəhbərliyi yada salardı”.

Məzahir Süleymanov qeyd edib ki, bu yubiley günündə ona Mədəniyyət Nazirliyindən bir zəng belə açan olmayıb:

“Nə nazirlik, nə Teatrlar İttifaqı, nə də Sumqayıt Teatrının rəhbərliyi məni yada salmadı. Mənə qarşı unutqanlıq, laqeyidlik göstərdilər. O boyda teatrın bir "atkritka"ya gücü çatmır? Heç olmasa, çağırıb təbrik edərdilər, mənə bir "atkritka" bağışlayardılar, yaxud bir teleqram vurardılar… Ayıbdır. Bunlar niyə belə edir? Mən onlardan çox umurdum. Bütün gücümü teatra qoymuşam. Sənətçinin yubileyini səhnədə qeyd edərlər. Heyif…”.

BAKU.WS