Ötən həftə məlum oldu ki, Azərbaycanı "Eurovision-2013" mahnı müsabiqəsində təmsil edən müğənni Fərid Məmmədov ata olub.


BAKU.WS-in məlumatına görə, sevincini "Instagram" izləyiciləri ilə bölüşən ifaçı oğlunun doğulmasını və hazırda Kaliforniya ştatının Los-Ancelese şəhərində yaşadığını qeyd edib. Xatırladaq ki, "Eurovision-2013"də Azərbaycana ikincilik gətirən müğənni 2016-cı ilin yazında ailə həyatı qurub.


F. Məmmədovun ABŞ-a köçməsi ilə bağlı şaiyələr çoxdan gəzib-dolaşırdı. Belə ki, müğənni bir müddət sevənlərinin və KİV-lərin diqqətindən itmişdi. Onun okeanın o tayına köçməsi yalnız ifaçının "Instagram"a qayıtmasından sonra təsdiqini tapdı.



Bir müddət əvvəl isə yerli mediada ABŞ-a köçən F. Məmmədovun orada kuryer kimi çalışması barədə malumatlar yayılmışdı. Bir gün belə idmansız və musiqisiz qalmayan Fərid Məmmədov ABŞ həyatından görüntülərini isə "Instagram"da paylaşmaqda davam edir.   

Hüseyn Məmmədsalahov
BAKU.WS





















TƏCİLİ KREDİT SİFARİŞLƏRİ