SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən günlərdə Türkiyənin məşhur aktrisası Dəniz Çakırın alış-veriş mərkəzlərinin birində yanındakı masada oturan 6 hicablı qadına "Burası Ərəbistandır? Nə gəzirsiniz burada?" deməsi uzun müddətdir müzakirə mövzusudur. Hətta onun bu sözlərinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da sərt reaksiya vermişdi.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, haqqında istintaq başlayan aktrisa Dəniz Çakır barədə məhkəmə qərarı elan olunub. Təqsirləndirilən aktrisanın məhkəmə prosesi ləğv edilib.

Bəraət qazanan Çakır bundan əvvəl məhkəməyə ifadəsində haqqında səsləndirilən ittihamlarla razılaşmamış, onun da yaxınları arasında hicablı xanımların olduğunu bildirmişdi.

BAKU.WS