Türkiyənin məşhur müğənnisi, pop ulduz Ajda Pekkanın aktrisa bacısı Semiramis Pekkan etdiyi açıqlaması ilə gündəmə gəlib.
BAKU.WS-in məlumatına görə, S. Pekkan "Instagram" hesabında badımcan tərəvəzini qısqandığını etiraf edib.
"Duzlu suda beş dəqiqə yatdıqda içindəki bütün acını atan badımcanı qısqanıram", - Pekkan yazıb.
İzləyiciləri aktrisanın sözügedən paylaşımına "Allah başqa dərd verməsin, Semiramis xanım", "Məncə, badımcanı qısqanmayın, badımcan sizi qısqansın" və s. şərhlər yazıblar.
BAKU.WS