SİZİN REKLAM BURADA!
055 213 76 73



Dövlət Musiqili Teatrının repertuarında olan "Bankir adaxlı" tamaşasında bəzi dəyişikliklər edilib.

BAKU.WS
  ölkə.az-a istinadən xəbər verir ki, tamaşanın efir variantında narkotik vasitələr (nəşə) təbliğ edilib.

Tamaşada Atakişikişi obrazı (Çingiz Əhmədov) oğlu Balakişi ilə dialoqunda övladına daha ağır narkotik vasitələrdən uzaq olmağı tövsiyyə etsə də, əvəzində başqa bir "məsləhət" verir: "İynə vurma, amma nəşə çək".

Nisə xanım (Afaq Bəşirqızı) isə qızı Məleykə (Ülviyyə Əliyeva) ilə dialoqunda olan tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevi "ovçarka" ilə müqayisə edir:

"Məleykə, səni görüm ər corabına həsrət qalasan. Birini xamlayıb getsən də, toy günündə elə itsin ki, nə Xoşqədəm, nə Zaur, nə də "ovçarka" axtarıb tapa bilməsin".

Teatrın direktoru Əliqismət Lalayev sözügedən tamaşada işlədilən ifadələri belə izah edib: "O sözlər mətndə olmayıb, sadəcə aktyorların improvizəsidir. Amma hesab edirəm ki, bu cür improvizə doğru deyil".

BAKU.WS