SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu bu günlərdə Moskvada toy məclisində birlikdə səhnəyə çıxıblar.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, müğənni Samir Piriyevin də yer aldığı məclisdə sənətçilər duet oxuyublar.

Kazımovanın səhnədə Namiqə olan soyuq münasibəti diqqətdən qaçmayıb. Belə ki, duet oxuyan zaman Aygün üzünü Samirə çevirib və Namiq tərəfə baxmamağa çalışıb. Hətta Qaraçuxurlu oxumağa çalışanda Kazımova mikrofonu kənara çəkməyərək, oxumağını dayandırmayıb.

Həmin görüntüləri Piriyev İnstaqram səhifəsində yayımlayıb. İzləyicilərin də diqqətindən Aygünlə Namiq arasındakı soyuqluq qaçmayıb. Sosial şəbəkə istifadəçiləri videoya "Aygün əcəb edir Namiqə", "Buna Samir-Aygün dueti deyək", "Aygün Namiqə heç baxmır", "Aygün arxasını çevirib Namiqə" kimi şərhlər yazıblar.

Qeyd edək ki, bir müddət əvvəl Aygünlə Namiqin Moskvada toy məclisinə birlikdə dəvət olunması, amma meyxanaçının imtina etməsi haqda xəbər yayılmışdı. Namiq məsələyə münasibət bildirərkən "Xətrini çox istədiyim dostumuz xahiş etdi, mən də "hə" dedim" sözlərini söyləmişdi.

BAKU.WS