VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ATV-də yayımlanan "Şou ATV" verilişində təsirli anlar yaşanıb. 

BAKU.WS xəbər verir ki, proqramda qonaq olan müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşından danışıb. 

İfaçının sözlərinə görə, onlar ayrıldıqdan sonra qarşı tərəf onunla barışmaq istəyib, lakin o bu təklifi rədd edib:

"Barışmaq istədi, amma mən rədd etdim. 2 ildən sonra mənə zəng vurmuşdu. Hər zaman da mənə deyirdi ki, gəl barışaq da. Dedim ki, əlbəttə, itirdiyinin qədrini gedəndə başa düşərsən. Dedim ki, sən bütün həyatımı puç etdin. O mənə elçi gələndə 9 elçi gəlmişdi. Qonşularımız mənə deyirdi ki, buna bax, bu qara qıza nə qədər elçi gəlib. Seçimdə səhv etdim".

BAKU.WS