SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 4-də "Boulevard Hotel Baku"da "ABA Event Group" tərəfindən təsis olunan «Golden People Awards» mükafatlandırma mərasimi keçiriləcək.

BAKU.WS xəbər verir ki, mükafat müxtəlif sahələrdə (mədəniyyət və incəsənət, elm, idman, biznes, media və s.) uğur qazanmış şəxslərə və şirkətlərə təqdim olunacaq.

Mükafatlandırma mərasimi paytaxtımızda ilk dəfə keçriləcək. Saat 17:00-da başlayacaq tədbirdə qonaqlar, ilk öncə, qırmızı xalıdan keçəcəklər.

Tədbir bitdikdən sonra mükaftçılar "after party"-də iştirak edəcəklər. Mükafatlandırma mərasimində yerli məşhurlarla yanaşı xaricdən gələcək tanınmış simaların da iştirakı gözlənilir. Layihənin təşkilatçıları Aqil Məmiyev və Ləman Mirtalıblıdır.

Mükafata namizəd olmaq istəyənlər, [email protected] e-mail ünvanına müraciət edə bilərsiniz.

Tədbirin informasiya dəstəkçisi BAKU.WS saytıdır.

BAKU.WS