SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Milli Məclisinin deputatı Ziyad Səmədzadənin nəvəsi, xalq artisti Aygün Səmədzadənin oğlu Mircəfər Bağırovun nişanıdır.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Sanira adlı qırğız xanımla ailə həyatı qurmağa hazırlaşır. Məclis Bakının Zaqulba qəsəbəsində baş tutacaq. Səmədzadə ailəsinin üzvləri, yaxın dostları və bir neçə incəsənət nümayəndəsi iştirak edəcək. Cütlüyün toyu isə bir neçə ay sonra baş tutacaq.

Xatırladaq ki, uzun müddətdir sevgili olan Mircəfərlə Saniranın “həri”si 2017-ci ilin martında reallaşmışdı.

BAKU.WS