VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Xəzər TV”nin “Ənənə boğçası” verilişinin aparıcısı Leyla Mustafazadənin “Qafqazinfo”ya müsahibəsi:

- Sizinlə müsahibəyə gəlməmişdən əvvəl haqqınızda bir az məlumat topladım. Əslində şahidi oldum ki, sanki sizin iki həyatınız var- instaqram və efir. Bunlar bir-birindən çox fərqlənir.

- Fərqli olan nədir?

- Mən sizə deyim. İnstaqramda daha cəsarətli və maraqlı fotolar paylaşırsız, şərhlər yazırsız. Efirdə isə bu rəngarəngliyi görə bilmirəm.

- Efirin formatı var. Milli geyimlərdə proqram aparıram. Orada fərqli və cəsarətli geyinə bilmirəm. Toylarda insanlar arasında oluram. Necə rahat geyinə bilərəm? Məni öldürərlər (gülür). Amma instaqram fərqli, mənim yaşamaq istədiyim bir dünyadır. İmkan daxilində çalışıram ki, istədiyim ölkələrə gedim. Paylaşıram ki, siz də görəsiz. Amma bəzi insanlar həmin görüntülərdən narahat olurlar, qıcıqlanırlar.

Ümumiyyətlə, insanlar çox aqressivləşiblər. kimsə gəşəng yerlərə gedib gəzəndə mən çox sevinirəm. Amma o insanlar paylaşımların altına elə şərhlər yazırlar ki... Bədbəxt insanlar ancaq bunu edə bilir. Mən niyə başqalarının fotolarının altına belə rəylər yazmıram? Məhz şəxsi və iş həyatında uğursuz olanlar azacıq uğur qazanan insanlar haqqında bəd-bəd şərh yazırlar ki, ruhdan düşsünlər. Amma inanın, mənim heç vecimə deyil.

- Bəs hansını bəyənməmisiz?

- Bir adət var, onu heç vaxt bəyənmirəm.

- Yengə?

- Yox, yengə çox yaxşı adətdir. Bizim rayon və kəndlərimizdə yengə mütləqdir. Yengə gəlinin vizit kartıdır. Bəziləri deyir ki, yengəni qəbul etmirəm. Niyə?! Elə olur ki, bölgələrdə bəylə gəlin arasında münaqişə yaranır. Gəlin haqsız olaraq ortada qalır. O məsələ ilə bağlı qan düşməninə çevrilirlər. Amma yengə gəlin üçün sübutdur. Sabah heç kəs onun ucundan tutub gəlinə qara yaxa bilməz. Yaxmaq istəsə isə oğlan pis vəziyyətdə qalacaq ki, əvvəldən niyə qəbul edirdin. Yengə mütləq lazımdır.

BAKU.WS