SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu "Pəncu şeş" adlı mahnısı ictimaiyyətin qəzəbinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri müğənninin ünvanına tənqid və təhqirlər yazıblar. A. Fərmanqızı isə onlara ""Nəsimi özü yuxuma girdi və təklif etdi. İdeyanı da rəhmətlik özü verdi. Nəsimi özü mənə icazə verdikdən sonra siz kimsiz?", - yazaraq, cavab verib. 

BAKU.WS xəbər verir ki, bu dəfə isə Ukraynanın "Голос" ("Qolos") layihəsinin iştirakçısı, azərbaycanlı müğənni Vaqif Nağıyev də mahnı ilə bağlı narazılığını bildirib.

O, "Facebook" hesabında video paylaşaraq, Mədəniyyət Nazirliyinə müraciət edib:


"Mən bilmirəm kimə müraciət edim. Televiziyaya müraciət etməyin mənası yoxdur, çünki onların qazancı elə bu "debillər"dəndir. Mədəniyyət Nazirliyinə müraciət edirəm. Xahiş edirəm, onlara belə mahnıları oxumağa qadağan edin. Qoyun toyuq hinlərində oxusunlar, amma efirə buraxmayın. Çox xahiş edirəm. Böyüyən uşaqlar bunu görür. Bunun qarşısını almaq lazımdır".

Qeyd edək ki, Vaqif Nağıyev Bakı şəhərində anadan olub. 3 yaşında Heydər Əliyev Sarayında bəstəkar Oqtay Zülfüqarovun ansamblında çıxış edib. 2008-ci ildən Prezident təqaüdçüsüdür. 2014-cü ildə Ukraynanın "1+1" telekanalında yayımlanan "Голос страны-4" istedad şousunda iştirak edib. Müsabiqədən sonra italiyalı həmkarı İnqridlə duet ifa edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS