VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış ziyalı, tibb elmləri namizədi Rəşid Mahmudov bəstəkar-müğənni Elza Seyidcahanın bəstəkar kimi qəbul edilməsinə etiraz edib.

BAKU.WS
xəbər verir ki, o, qonağı olduğu "Səni axtarıram" proqramında Seyidcahanın adının Qara Qarayev, Fikrət Əmirov və bu kimi klassik bəstəkarla yan-yana çəkilməsinin düzgün olmadığını bildirib.

Aparıcının E.Seyidcahanın müdafiəsinə qalxması Rəşid müəllimi özündən çıxarıb. O, qəzəblənərək verilişi tərk etmək istəyib.

O, öz etirazını bu sözlərlə davam etdirib: "Əgər o, bəstəkardırsa, bəs Cahangir Cahangirov, Tofiq Quliyev, Ələkbər Tağıyev kimdir?! Elzanı onlarla yanaşı qoymaq olarmı? Siz nə danışırsız? Mən buradan çıxıb gedəcəm"! 

Xoşqədəm Baxşəliyeva onu sakitləşdirərkən R.Mahmudovun əsəbi halda söylədiyi fikirlərin bir qismi efirə verilməyib.

Zülfiyyə Qurbanova
BAKU.WS