SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişində aparıcılar arasında gərgin anlar yaşanıb. 


BAKU.WS xəbər verir ki, proqram vaxtı Əli Mirəliyevin dediyi sözlər aparıcı həmkarı Gülər Neməti özündən çıxarıb. 

Belə ki, Ə. Mirəliyevin şou-biznes nümayəndələrinin müxtəlif nahiyələrini əməliyyat etmələrinə qarşı çıxması G. Nemətin ürəyincə olmayıb. 

Ə. Mirəliyevin G. Nemətə ünvanladığı "Sənin atan gedib başına min oyun gətirsə, saç qoydursa, üzünə pudra çəksə, qəbul edərsən?" sualını sonuncu belə cavablandırıb:

"Saç yoxdursa, burada nə qabahət var ki? Atam səhnə adamıdırsa, şou-biznesdədirsə, bunu etməlidir də. Ata mənliyi, kişiliyi ilə atadır". 

BAKU.WS