SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Brilliant Dadaşova ARB TV-də yayımlanan "Şou news" verilişində sosial şəbəkədə ona yazılan mənfi rəylərə münasibət bildirib.


BAKU.WS-in məlumatına görə, Xalq artisti ona tənqid yazan izləyicilərini kartof adlandırıb:

"Çox gülürəm bunlara. Bir uşaq şəklinə, xoşum gələn nəyəsə rəy yazıram. Mənə tənqid yazanlar bəyənənlərdir. Yazırsa, demək çox xoşuna gəlir. Kartofu, kökü kiloqramla satırlar. Amma brilyantı tək alırsan. Kiloqramla satılanlar da, tək satılanlar da var".

İfaçı formada qalma sirlərini izləyiciləri ilə bölüşəcəyini bildirib:

"Özəl heç nə etmirəm. Bu yaxınlarda nə yeyib, nə içdiyimi İnstaqrama qoymağa. Xanımlar çox yazırlar. Bilmirəım, yerinə yetirəcəklər, ya yox. Gözəllik nisbidir. Gözəl insan hər şeyi də gözəl görür".

Qeyd edək ki, B. Dadaşova bir müddət əvvəl qısa ətəkdə fotolarını paylaşmış və tənqid edilmişdi.

BAKU.WS