SİZİN REKLAM BURADA!
055 213 76 73



Şair Nazilə Səfərli sosial media paylaşımı ilə yenidən gündəmə gəlib.

BAKU.WS-in məlumatına görə, buna səbəb isə onun iddialı paylaşımı olub.

Belə ki, Səfərli “Millət vəkili olacağam, qərar verilmişdir. Kim inanır? Kim güvənir? Kimin gözü götürmür? Kim inanmır?” deyə, paylaşım edib.
Onun paylaşımı isə müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onu dəstəkləsə də, şairəni tənqid edənlər də az olmayıb.

Nazilə isə onu tənqid atəşinə tutanlara "Mənim iki ali təhsilim var. Taksi sürücüsü də səs toplasa, deputat ola bilər.

Xatırladaq ki, bu günədək Xalq artisti Faiq Ağayev, Əməkdar artistlər Elza Seyidcahan, Tünzalə Ağayeva millət vəkili olmaq arzularını dilə gətirmişdilər. 

BAKU.WS