SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində qonaqlar arasında gərgin anlar yaşanıb. 


BAKU.WS-in məlumatına görə, canlı efirdə izləyicilərdən biri sosial şəbəkədə müğənni Afət Fərmanqızının ünvanına "Karseti möhkəm sıxmısan?" yazması bir xeyli müzakirə olunub. 

A. Fərmanqızı izləyicisinə belə cavab verib:

"Paxıl xanımların nəzərinə. Karseti mənim kimi fiquralı olan xanım geyinə bilər. Buradan bəyan edirəm ki, kim məni hansısa həkimin yanına aparıb məndə süni bir şey aşkarlayarsa, həmin adama 10.000 dollar pul verəcəyəm".



Daha sonra verilişdə qonaq gitara ifaçısı Rəhman Məmmədovun Afət Fərmanqızının ünvanına "Səni "karset Afət" kimi tanıyırlar" deməsi müğənnini özündən çıxarıb. A. Fərmanqızı R. Məmmədovun ünvanına "Sizə də el arasında elə “kliçka” vurublar ki, efirdə demirəm, ayıbdır...” deyib. 



BAKU.WS