SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış teleaparıcı Vüsalə Əlizadə "Azərişıq"dan şikayətçidir.

BAKU.WS
 xəbər verir ki, aparıcı "İnstagram" səhifəsində dünən Türkan qəsəbəsində bütün gün ərzində elektrik enerjisinin verilmədiyini yazıb:
 
"Təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıqdan sonra anamın təkidi ilə Türkana gəldik. Bütün günü işıq üzünə həsrət qalmışıq. Biz dözərik, uşaqlarımız donur, yaşlılar əziyyət çəkir, bütün gün danışmadım, artıq dözmədim. Müraciət etmədiyimiz yer, məsul idarə, qaynar xətt (199) qalmadı. Heç kim baxmır. Amma deyirdilər ki, bu vəziyyətdə insanların rahatlığı təmin olunacaq".

Əlizadə şam işığında günəbaxan tumu qızartdığını əks etdirən görüntüləri paylaşıb.

Qeyd edək ki, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bu gün mətbuata verdiyi açıqlamasında, ölkə ərazisində ifrat təhlükəli hidrometeoroloji hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmadığını, 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini bildirib.

BAKU.WS