SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, mərhum klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyla evinin ipoteka kreditini ödəmək üçün "Bizimləsən" verilişinə müraciət edib. 

BAKU.WS-in məlumatına görə, Leyla bildirib ki, 13 min borcları qalıb, ödəməsə evi şirkət satışa çıxaracaq. 

Ötən gün proqrama 2 min manat pul göndərilib. Aparıcı Zaur Baxşəliyev artıq 13 min məbləğin toplandığını bildirib. O, evin təmir olunacağını da deyib. 

Qeyd edək ki, musiqiçinin ailəsinə dəstək olanlar arasında xalq artisti Nazpəri Dostəliyeva, müğənni Səidə Sultan da yer alıb. 

BAKU.WS