SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Hüseynova bacıları” verilişində xalq artisiti Rafael Dadaşov maraqlı açıqlamalar edib.

BAKU.WS
  xəbər verir ki, aktyor Bakıda Şaxta baba geyimində şəhərə çıxmağı dəb halına saldığını etiraf edib:

“Mənim atam Məlik Dadaşov çox məşhur şaxta baba idi. İndi şaxta babalıq mənə daha çox yaraşır, o zaman belə kök deyildim, arıq, hündürboy oğlan idim, məni heç kim tanımırdı. Naxçıvandan gəlmişdim, 1-2 il idi Bakıdaydım. Atam Məlik Dadaşovun kostyumunu geyinirdim. Küçəyə şaxta baba paltarında çıxmağı dəb halına saldım. 1966/1967-ci illərdə şaxta baba küçədə nə gəzirdi?! Əlimdə ağac, çemodanla, saqqallı, əynimdə qırmızı xalat küçəyə çıxdım. Bunu ilk mən etdim.

Xüsusi sifariş deyildi, məcburiyyət qarşısında olub. Bir bağçadan digər bağçaya çatdırmırdım. İndiyədək yadımdadır, Nizami metrosu tərəfdən MUM-un yanına gəlməli idim. Paltarımı çıxarım, əl-üzümü silib gedim ora, orada təzədən əynimi geyinim, bu vaxt itkisi idi. Məcburiyyət qarşısında paltarlı halımla çıxdım ki, gedəcəyim yerə vaxtında çatım”.

BAKU.WS