SİZİN REKLAM BURADA!
055 213 76 73



"Xoşqədəmlə Pərvanənin pisliyi özünə qalsın. Görün qardaşımın uşaqları bizi necə sevir! Uşaq məhəbbətə gələr. Əti dırnaqdan ayıranlara Allah dərs verəcək. Yuyulmamış çömçələr burnunu atam evinə soxmasın! Səbr...”.

BAKU.WS
xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qardaşı uşaqları ilə video paylaşımının altına yazıb.

Qardaşının keçmiş həyat yoldaşının "kapriz"ləri üzündən əzizləri ilə uzun müddət görüşə bilməyən şairə xanım, uşaqların son 6 ayı hər həftə ata evinə gəldiyini yazıb: "6 aydır hər gəlişlərini çəkirəm, amma paylaşmırdım".

Qeyd edək ki, ev tələb edən ana uşaqlarını aylarla atasına göstərmirdi. Məhkəmənin qərarından sonra gəlin uşaqları həftədə 1 dəfə atası ilə görüşünə razılıq verib.

Xatırladaq ki, Nazilə Səfərlinin qardaşından ayrılan Pərvanə Xoşqədəm Hidayətqızının proqramına çıxaraq ailəni bir çox məsələlərdə ittiham etmişdi. Bu səbəbdən Nazilə Səfərli və Xoşqədəm Hidayətqızı arasında böyük qalmaqal yaşanmışdır. Tərəflər bir-birinin ünvanına işlətdiyi təhqiramiz ifadələr məhkəmə ilə nəticələnmişdir. 

BAKU.WS