VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB-nin efirində yayımlanan "Səhər-səhər" proqramında qalmaqal yaşanıb.

BAKU.WS
 xəbər verir ki, aparıcı Gülər ayağa qalxaraq verilişə dəvət almış Samirə adlı ifaçını tənqid etməyə başlayıb.

Müğənninin nə səsini, nə də səhnə görünüşünü bəyənmədiyini deyən aparıcı cavabsız qalmayıb. Müğənni ona burnunu plastik əməliyyatla kiçiltdiyini xatırladıb.

Aparıcı ilə müğənninin bazar söhbəti səviyyəsində dialoqu mübahisəyə çevrilib və tərəflər bir-birinə xoş olmayan sözlər deyiblər.

Verilişin digər aparıcıları və qonaqlar onların bu mübahisəsini gülərək izləyiblər.

Aparıcının efirdəki davranışları, daha dəqiq desək efirə dəvət etdiyi qonağı alçaltması tamaşaçıları qıcıqlandırıb və bu görüntülər sosial şəbəkələrdə tənqid olunub.   

BAKU.WS